Netto Aktivlər

müəssisənin cari öhdəlikləri çıxılmaqla məcmu aktivlərinin dəyəri, bazar qiyməti. N = A – P Burada, N – netto – aktiv, kapital; A – aktivlər; P – passivlər.
Netto
Netto Alış
OBASTAN VİKİ
İqor Netto
İqor Aleksandroviç Netto (rus. Игорь Александрович Нетто;9 yanvar 1930[…], Moskva – 30 mart 1999, Moskva) — Sovet futbolçu və hokkey oyunçusu, futbol məşqçisi. Əməkdar idman ustası SSRİ (1954), Əməkdar məşqçi RSFSR (1986), Spartakın (1949–1966) və SSRİ milli komandasının yarımmüdafiəçisi. 1960-cı ildə Avropa çempionu və 1956-cı ildə Olimpiya çempionu, bir neçə dəfə SSRİ çempionu. 22 rəsmi matçda iştirak edən və "qol + ötürmə" sistemi üzrə 29 qol vuran Spartakın hokkey klubu üçün də çıxışları var. Səslənən səsi və uzun boyu üçün tərəfdaşlardan "Qaz" ləqəbini almışdı. == Haqqında == Moskva Spartakının gənclər komandasının şagirdi olub. Sahədə topla yüksək ustalığı, sahəni görmək və hadisələri qabaqcadan görmək qabiliyyəti ilə fərqlənirdi. SSRİ çempionatında 368 oyun keçirib və 36 qol vurub. SSRİ millisində (1952–1965) 54 oyun keçirib və 4 qol vurub.
İrena Netto
İrena Netto (19 Oktyabr 1899 – 13 Mart 1992) — Polşalı aktrisa. O, 1947-ci il ilə 1969-cu il arasında 34-dən çox film və televiziya şousunda rol oynamışdır.
Uzunmüddətli aktivlər
Xalis aktivlər
Cari aktivlər
Cari aktivlər (ing. current assets) — bir istehsal dövrü və ya bir il ərzində nağd pula çevrilə bilən aktivlər. Şirkətin uzunmüddətli aktivlərindən fərqli olaraq, cari aktivlərin davamlı olması nəzərdə tutulmur. Cari aktivlər balansın ikinci bölməsində əks etdirilir.
Qeyri-maddi aktivlər
Qeyri maddi aktivlərin — uçotu hesablar planında aşağıdakı hesablardan istifadə edilir. 101 n-li Qeyri-maddi aktivlər – dəyəri 102 n-li Qeyri-maddi aktivlər – köhnəlməsi 103 n-li Qeyri-maddi aktivlər üzrə xərclərin kapitalizasiyası Qeyri maddi ativlərin hesablara daxil edilməsi 101 n-li Qeyri-maddi aktivlər – dəyəri adlı hesabın debitinə, könələmə hesablanması zaman meydana gələn könəlmə məbləği 102 n-li Qeyri-maddi aktivlər – köhnəlməsi adlı hesabın kreditinə, silinən köhnəlmə məbləği isə hesabın debitinəd qeyd edilir. 101 n-li Qeyri-maddi aktivlər – dəyəri adlı hesabın tərkibinə alt hesablar kimi aşağıda qeyd olunan hesabları da əlavəetmək vacibdir. 1.10.101.001 n-li Təcrübə konstruktor işləri – dəyəri 1.10.101.002 n-li Qudvil – dəyəri 1.10.101.003 n-li Proqram təminatı – dəyəri 1.10.101.004 n-li Patentlər – dəyəri 1.10.101.005 n-li Müəlliflik hüquqları – dəyəri 1.10.101.006 n-li Lisenziyalar – dəyəri 1.10.101.007 n-li Ticarət markaları – dəyəri Burada qeyri maddi aktilər kimi təcrübə konstruktor işləri, qudvil, proqram təminatı, müəlliflik hüquqları, lisenziyalar, ticarət markaları uçota alınır. Qeyri maddi aktivlər müəyyən və qeyri müəyyən faydalı istifadə müddətinə malik aktivlər kimi qruplaşdırılır. Mühasibat uçotunun 102 nömrəli hesabında müəyyən istifadə müddətinə malik qeyri maddi aktivlərin amortizasiyası hesablanır. Müəyyən faydalı istifadə müddəti məlum olmayan qeyri maddi aktivlərin amortizasiyası həyata keçirilmir, onların faydalı istifadə müddəti hər il yenidən qiymətləndirilir. Deməli belə aydın olur ki faydalı istifadə müddəti məlum olmayan qeyri maddi aktivlərin amortizasiya qadağandır.